The site is under development.

Tədbirlər təqvimi

Azərbaycanın XIX–XX əsrlər tarixinin aktual problemləri: dünya tarixi kontekstində

⏳ 16 oktyabr 2026-cı il   📍 AMEA, Tarix və Etnologiya İnstitutu, Konfrans zalı (Otaq №602)

AMEA Tarix və Etnologiya İnstitutu Azərbaycanın görkəmli tarixçi alimi, institutun Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Səid qızı Bağırovanın yubileyinə həsr olunmuş “Azərbaycanın XIX–XX əsrlər tarixinin aktual problemləri: dünya tarixi kontekstində” adlı Beynəlxalq elmi konfrans keçirir.

Konfransın əsas elmi istiqamətləri

  • Azərbaycan tarixçiliyinin salnaməsi: İradə Bağırovanın həyatı və elmi yaradıcılığının əsas mərhələləri
  • XIX–XX əsrlər tarixinin öyrənilməsinin mənbələri, tarixşünaslığı və metodoloji məsələləri: müasir yanaşmalar
  • Azərbaycan XIX–XX əsrlərdə: tarixi inkişafın prioritet istiqamətləri
  • Dünya tarixinin inkişaf dinamikası və Azərbaycanın bu prosesdə yeri
  • Qafqaz XIX–XX əsrlərdə: tarixi mərhələlər və transformasiyalar

Konfransın təşkili haqqında

Konfransın dilləri: Azərbaycan, ingilis və rus dilləri

Keçirilmə formatı: canlı və distant

(Qeyd: Xarici iştirakçıların yalnız distant formatda çıxışı nəzərdə tutulur.)

Tezislərə dair tələblər

  • Konfransda iştirak üçün məruzələrin tezisləri təqdim edilməlidir.
  • Təqdim olunan mövzular orijinal olmalı və əvvəllər dərc edilməməlidir.
  • Tezislər 300–500 söz həcmində olmalıdır.
  • (Şrift: Times New Roman, ölçü: 12, sətirlərarası interval: 1,0)
  • Əsas istifadə olunmuş ədəbiyyatların siyahısı əlavə edilməlidir.

Tezisin yuxarı hissəsində aşağıdakı məlumatlar göstərilməlidir:

  • müəllifin adı, soyadı, atasının adı
  • işlədiyi müəssisə və vəzifəsi
  • elmi dərəcə və elmi adı
  • elektron poçt ünvanı və əlaqə nömrəsi
  • ORCID kodu

Tezislər çap olunacaqdır.

Təşkilat Komitəsi tələblərə uyğun tezislərin seçilməsi hüququnu özündə saxlayır.

Tezislər aşağıdakı e-mail ünvanına göndərilməlidir: ibagirova.yubiley@gmail.com

Önəmli tarixlər

Tezislərin təqdim edilməsi üçün son tarix: 10 sentyabr 2026

Qəbul edilmiş tezislər barədə məlumat: 25 sentyabr 2026

Konfransın keçirilmə tarixi: 16 oktyabr 2026

Əlaqələndirici şəxs

İradə Qurbanova

Tel.: +994 (10) 315 19 35

E-mail: iradagurbanova111@gmail.com