Sayt hazırlanma mərhələsindədir.

TARİXİN NƏZƏRİYYƏSİ, MƏNBƏŞÜNASLIQ VƏ TARİXŞÜNASLIQ şöbəsi

ŞÖBƏ HAQQINDA

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun struktur bölməsi olan “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsi 2015-ci ildə yaradılmışdır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın Nizamnaməsini və AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Nizamnaməsini və şöbənin Əsasnaməsini rəhbər tutur.


ƏSAS ELMİ İSTİQAMƏT

Şöbənin elmi istiqamətinə dair müxtəlif nəzəriyyələrə, mənbəşünaslıq və tarixşünaslığa aid materiallar sistemləşdirilərək təhlil edilir.

Şöbənin prioritet istiqamətlərinə uyğun olaraq yerli və dünya tarixi proseslər araşdırılır, bu mövzular üzrə monoqrafiyalar və elmi məqalələr yazılır, həmçinin onların xüsusilə xarici elmi nəşrlərdə çap olunmasına nail olunur.


ƏMƏKDAŞLAR

Şöbə əməkdaşları

  • Şöbə müdiri  - tarix elmləri doktoru, dosent Vaqif Şirin oğlu Abışov
  • Aparıcı elmi işçi - tarix elmləri doktoru, dosent Vidadi Umud oğlu Umudlu
  • Aparıcı elmi işçi - tarix üzrə fəlsəfə doktoru, dosent İradə Hacıəli qızı Əliyeva
  • Elmi işçi - Bahar Fəzli qızı Qasımlı
  • Kiçik elmi işçi - Aynur Ağalar qızı Orucova
  • Böyük laborant - Aydan Aydın qızı Əliməmmədova

Azərbaycan tarixi demoqrafiyası elmi qrupunun əməkdaşları

  • Qrup rəhbəri, Aparıcı elmi işçi - tarix üzrə fəlsəfə doktoru, dosent İradə Malik qızı Məmmədova
  • Aparıcı elmi işçi - tarix üzrə fəlsəfə doktoru, dosent Fəridə Əliyoldaş qızı Əliyeva
  • Aparıcı elmi işçi - tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Bəylər qızı Əsədova
  • Aparıcı elmi işçi - tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Vaqif qızı Eyvazova