Ekspedisiya-1

Quba rayonunda etnoqrafik ekspedisiya həyata keçirilib

Tarix və Etnologiya İnstitutu əməkdaşları tərəfindən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Quba rayonunda etnoqrafik ekspedisiya təşkil olunub.

Ekspedisiya çərçivəsində rayonun bir sıra kəndlərində yerli əhali ilə görüşlər keçirilib, bölgəyə məxsus adət-ənənələr, ailə-məişət münasibətləri, xalq sənətkarlığı və folklor nümunələri araşdırılıb. Tədqiqat zamanı şifahi xalq yaradıcılığı nümunələri, qədim məişət əşyaları, milli geyim elementləri və bölgənin tarixi-etnoqrafik xüsusiyyətlərini əks etdirən materiallar toplanılıb.

İnstitut əməkdaşları tərəfindən foto və video çəkilişlər aparılıb, yaşlı sakinlərlə müsahibələr qeydə alınıb. Toplanan materialların gələcək elmi araşdırmalar, nəşrlər və arxiv materiallarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Ekspedisiyanın əsas məqsədi Azərbaycanın regional etnomədəni xüsusiyyətlərinin öyrənilməsi, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasıdır.

Xalq Sənətkarlığı

Xalq Sənətkarlığı

Ənənələrin yaşadığı məkanlar

Məişət Nümunələri

Məişət Nümunələri

Toplanan etnoqrafik materiallar

Şifahi Tarix

Şifahi Tarix

Yerli sakinlərlə görüşlər və müsahibələr